HAQQIMIZDA

2009-ci ildən fəaliyyət göstərən “AZAY-IN” MMC bu gündə fəaliyyətini davam etdirmək və genişləndirməkdədir. Şirkət qısa müddət ərzində bir çox işlər görməyə nail olub. Bunlardan: bir neçə yaşayış evləri, Biznes Mərkəzi, Olimpiya Idman Mərkəzi, Federasiya binası və Oteli, Mədəniyyət və Rabitə binaları, uşaq bağçaları, orta məktəblərdə PVC Skaylayt, Alüminium və spayder cəbhə sistemləri emalat və montaj olunmuş, sifarişçilərin istifadəsinə verilmişdir.

“AZAY-IN” MMC-nin gördüyü işlər müasir sistemlər üzrə irəli sürülən bütün tələblərə cavab verir. Uzunmüddətli və ekoloji cəhətdən təmiz olan PVC və Alüminium sistemleri çərçivədə və qanadda korroziyaya davamlı polad profillər funksional etibarlığa və uzunmüddətli istifadə imkanlarına zəmanət verir. Daha az enerjidən istifadə və Co2 kimyəvi birləşməsini havaya daha az buraxdığı üçün PVC və alüminium sistemləri ekoloji cəhətden təmizdir. Buna əlavə olaraq yenidən işlənmə üçün bütün imkanlar vardır. Bütün əsas, yardımçı və birləşdirici profillərin geniş spektri sizə, tikilən binaya uyğun rəng çalarlarını seçməkdə geniş imkanlar verir. Profillərlə yanaşı, şüşə paketin üstün xüsusiyyətləri əla səs izolyasiyasına, yağış və küləkdən qorunmağa zəmanət verir. Xüsusi şüşə paketlərin istifadəsi səs izolyasiyasını artırır.